Gədəbəydə avtomobil aşdı - 4 nəfər xəsarət aldı

Gədəbəydə avtomobil aşdı - 4 nəfər xəsarət aldı

Hazırda oxunan: Gədəbəydə avtomobil aşdı - 4 nəfər xəsarət aldı

205608

Gədəbəydə avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin xəsarət alıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaradağ kəndində baş verib. 

Hərəkətdə olan VAZ markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb. 

Qəza zamanı  4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO