Ağcabədi sakini həyətində narkotik əkdi - Polisdən ƏMƏLİYYAT

Hazırda oxunan: Ağcabədi sakini həyətində narkotik əkdi - Polisdən ƏMƏLİYYAT

20536

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Avşar kənd sakini Tapdıq Nəcəfov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı qanunsuz olaraq əkib yetişdirdiyi 64 ədəd çətənə bitkisinin kolları aşkar edilərək götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO