Metropoliten 8 min işçisinin maaşını gecikdirir

Hazırda oxunan: Metropoliten 8 min işçisinin maaşını gecikdirir

20531

“Bakı Metropoliteni” QSC-də çalışan işçilərin əməkhaqqları gecikdirilir. Qurumun 8 min işçisi aprel ayının maaşlarını hələ almayıb.

Məlumata görə Metropoliten rəhbərliyi tərəfindən işçilərinə əməkhaqqının ödənilməsi üçün bu günə söz verilsə də, sonradan maaşın bayramdan sonraya saxlanıldığı elan edilib. Bu isə işçilər arasında narazılığa səbəb olub. Məsələ sosial şəbəkələrdə də geniş müzakirələr yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunun qatarları işə salınacaq - Bu tarixdə 


Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hazırda Metroplitendə müşavirə keçirildiyindən mövqe bildirməyib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO