8 yaşlı uşaq dərmansəpən qurğunun arasında qaldı - Qubada dəhşətli HADİSƏ

Hazırda oxunan: 8 yaşlı uşaq dərmansəpən qurğunun arasında qaldı - Qubada dəhşətli HADİSƏ

20521

Qubada 8 yaşlı məktəbli dərmansəpən qurğunun arasında qalaraq xəsarətlər alıb.

Bizim.Media xəbər verir ki,  hadisə rayonun Hacıqayıb kəndində baş verib.

Belə ki, kənd sakini Zamiq Rəşad oğlu Harunov atasına məxsus traktora qoşulmuş dərmansəpən aparata ilişib.

Məlumata görə, 8 yaşlı uşağın şalvarı işlək vəziyyətdə olan dərmansəpən qoşqunun hərəkətverici qurğusuna ilişib və qurğu onu bir neçə dəfə qaldıraraq yerə çırpıb. Nəticədə uşağın daxili orqanları zədələnib. Bundan başqa uşağın hər iki əli və sağ ayağı əzilib.

Z.Harunov Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO