Ramazanın 25-ci gününün duası: İmsak və İftar vaxtı - FOTO

Hazırda oxunan: Ramazanın 25-ci gününün duası: İmsak və İftar vaxtı - FOTO

20474

Sabah Ramazan ayının 25-ci günüdür.

Bizim.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 8-də imsak vaxtı saat 03:49-də, iftar vaxtı isə 19:58-dədir.

Mayın 8-i üçün namaz vaxtları:

Sübh azanı 03:59

Zöhr azanı 12:37

Əsr azanı 17:37

Məğrib azanı 19:58

İşa azanı 21:10

25-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin!”

Tərcüməsi: “İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan və peyğəmbərinin sonuncusunun yolu ilə gedənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlblərini məsum qılan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO