İnsana ən çox bənzəyən ROBOTLAR – FOTO

İnsana ən çox bənzəyən ROBOTLAR – FOTO

Hazırda oxunan: İnsana ən çox bənzəyən ROBOTLAR – FOTO

204615

Robot texnologiyaları o qədər inkişaf etmiş səviyyələrə çatıb ki, indi bəzi robotları insanlardan ayırmaq çox çətindir. Bu robotlar özlərini insanlar kimi aparır və insanların bir çox xüsusiyyətlərini təqlid edirlər. 

Bizim.Media insana ən çox bənzəyən 5 robotu təqdim edir:

1. Jia Jia


“Jia Jia” Çində istehsal olunan və insanlara çox bənzəyən robotlardan biridir. Eyni zamanda, insanabənzər hərəkətləri ilə bir çox robotlardan fərqlənir. Elm və Texnologiya Universitetində süni intellektə malik olan “Jia Jia” danışmağı bacarır. Ənənəvi Çin paltarı geyinmiş və saçları bu şəkildə düzəldilmiş “Jia Jia” çox real görünür və bir çox insanlar “Jia Jia”nın robot olduğunu başa düşə bilmirlər. 

Bu robot ilk dəfə 2016-cı ildə təqdim edilib. Süni intellekt sayəsində “Jia Jia”nın öyrənmə qabiliyyətinin və söz lüğətin genişlənməsi planlaşdırılır.

2. Sofiya


Sofiya 2015-ci ildə təqdim edilib. Sophia, parklarda yaşlılara və ziyarətçilərə kömək etmək üçün Honq-Konqda yerləşən Hanson Robotics tərəfindən hazırlanıb. Göz təması qurmaq və insanlarla tanış olmaq üçün kameraları və xüsusi proqram təminatı olan Sofiya səsləri aşkarlaya və insanlarla ünsiyyət qura bilir.

Səudiyyə Ərəbistanı Sofiyaya vətəndaşlıq verib. “Mən dünyada vətəndaşlıq alan ilk robot olmaqdan şərəf və qürur duyuram", - bu sözləri Sofiya vətəndaşlıq aldıqdan sonra deyib.

3. Ocean One


“Ocean One”ın uzaqdan idarə edilə bilən qolları və biləkləri sayəsində hər şeyin uzaqdan hiss edilə bildiyi qeyd olunub. “Ocean One”ın istehsal məqsədi mərcan riflərini kəşf etməkdir. Hətta insanların enə bilmədiyi dərinliklərə gedə bilən bu süni intellekt robotu qatıldığı missiyalarda bir çox çətinliklərin öhdəsindən gəlib. Bu missiyalardan biri 2016-cı ildə baş tutub. Bu dalışda “Ocean One” Aralıq dənizinin 100 metr dərinliyin enib və 1664-cü ildə batmış 2 Fransa gəmisinin qalıqlarını aşkar edib.

4. Erika


Yaponiyanın Osaka Universitetində Hiroşi İşi Quro tərəfindən hazırlanmış üz tanıma sisteminə malik süni intellektli “Erika” insanlarla asanlıqla ünsiyyət qura bilir. “Erika” dünyanın ən gözəl və ağıllı robotlarından biridir. Üstəlik, emosiyalarını əks etdirmək üçün üz ifadələrindən də istifadə edə bilir. “Erika” əvvəlcə Yaponiyada xəbər aparıcısı kimi çalışıb. İndi o, elmi fantastika filmində baş rolda oynayır. 

5. Han


“Hanson Robotics”in hazırladığı və “Asia Expo”da tanınan Honq-Konqdan olan “Han” adlı bu robot humanoid görünüşü, ətraf mühitlə qarşılıqlı əlaqəsi və kiçik hərəkətləri dəqiqliklə yerinə yetirə bilməsi ilə diqqəti cəlb edir. Üzündəki 40 müxtəlif mühərrik sayəsində insanabənzər üz ifadələri yarada bilən robot insanlarla qarşılıqlı əlaqədə ola və söhbət edə bilir. “Han” gülməli zarafatlar edə bilir və onun istehsal məqsədi qumarxanalar kimi əyləncə məkanlarında insanları əyləndirməkdir. İstehsalçı tezliklə “Han”ın qadın versiyasının da yaradılacağını bildirib.

Nəzrin Mizrəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO