Ötən il 20-dək gənc hakim məhkəmələrə təyinat alıb

Hazırda oxunan: Ötən il 20-dək gənc hakim məhkəmələrə təyinat alıb

20459

Ötən il dövlət başçısının sərəncamları ilə 30-dan çox rəhbər hakim vəzifələrinə təyinatların aparılması, bir sıra hakimlərin intizam qaydasında aşağı işə keçirilməsi, yüksək hazırlığa və zəruri mənəvi keyfiyyətlərə malik 20-dək yeni nəsil gənc hakim ali və apellyasiya məhkəmələrində irəli çəkilib.

Bizim.Media xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclasında bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Üç hakimin səlahiyyətlərinə xitam verildi


Bu tədbirlərin davamı olaraq Şuranın iclasında ali və apellyasiya məhkəmələrinə zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 24 hakimin təyin olunması, apellyasiya məhkəmələrinin rəhbərliyində dəyişikliklərın aparılması, həmçinin, fəaliyyətində çatışmazlıqlara yol verən hakimlərin həmin məhkəmələrdən kənarlaşdırılmasına dair təkliflər verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO