Laçında həlak olan gizir Fərid Cəbrayılov Kürdəmirdə DƏFN EDİLDİ - FOTO

Laçında həlak olan gizir Fərid Cəbrayılov Kürdəmirdə DƏFN EDİLDİ - FOTO

Hazırda oxunan: Laçında həlak olan gizir Fərid Cəbrayılov Kürdəmirdə DƏFN EDİLDİ - FOTO

204491

Laçında həlak olan 4 hərbiçidən biri gizir Cəbrayılov Fərid Famil oğlunun meyiti Kürdəmirin Şahsevən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və hərbçilər iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Laçında həyatını itirən hərbçilərimizin FOTOLARI


Atasının sözlərinə görə, Fərid 10 gün əvvəl evə gəlibmiş və hər şey qaydasında olub. 

Qeyd edək ki, gizir Fərid Cəbrayılov 1995-ci ildə Kürdəmirin Qaraqocalı kəndində anadan olub. O, 17 ilə yaxın idi ki, Azərbaycan ordusunda xidmət edirdi. Ailəli idi, iki azyaşlı uşağı var.

Xatırladaq ki, Laçın rayonunda Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oktay oğlunun meyitləri aşkar olunub.

Onların kükürd qazlı termal sularda çimərkən zəhərləndikləri bildirilir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO