Laçında daha 18 ailəyə evlərin açarları təqdim olundu - FOTO/VİDEO

Laçında daha 18 ailəyə evlərin açarları təqdim olundu - FOTO/VİDEO

Hazırda oxunan: Laçında daha 18 ailəyə evlərin açarları təqdim olundu - FOTO/VİDEO

204439

İyulun 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Laçın şəhərinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. 

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri iştirak ediblər. 

Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. 

Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 60 nəfər köçürülüb. 

Bununla da Laçın şəhərində 552 ailənin, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO