Avtoxuliqanlıq edən sürücülər həbs edildi - FOTO

Avtoxuliqanlıq edən sürücülər həbs edildi - FOTO

Hazırda oxunan: Avtoxuliqanlıq edən sürücülər həbs edildi - FOTO

204358

Gəncə şəhərində avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.

Bizim.Media xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
 

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri Cahad Əlizadə, Fərid Quliyev, Zaur Cabbarzadə və Elvin Qasımovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.



"Mercedes", BMW və VAZ-21074 markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Z.Cabbarzadə və E.Qasımov 15 sutka inzibati qaydada həbs edilib, digər sürücülər barəsində isə başqa tənbeh tədbirləri seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO