Həmkəndlisini öldürmək istəyən şəxsin məhkəməsi başladı

Hazırda oxunan: Həmkəndlisini öldürmək istəyən şəxsin məhkəməsi başladı

20426

Ağsu rayonunda həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə Bizim.Media-ya Ağsu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il yanvarın 20-də Ağsu rayon sakini Hacıyev Mürvət Zabit oğlunun qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi, 1968-ci il təvəllüdlü Qaya Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd edib.

Qaya Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO