Yevlaxın icra başçısının evindəki intiharla bağlı AÇIQLAMA VERİLDİ

Hazırda oxunan: Yevlaxın icra başçısının evindəki intiharla bağlı AÇIQLAMA VERİLDİ

20416

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin ailəsi ona məxsus evdə asılmış meyitin tapılması haqda yayılan informasiyalara münasibət bildirib.

Bizim.Media bildiri ki, ailədən verilən məlumata görə, həmin evin Anar Tağıyevə heç bir aidiyyatı yoxdur:

“Həmin ev sovet dövründə tikilmiş kiçik bir bağ evidir. Ümumi sahəsi də 12 sotdur. Burada heç bir imarətdən söhbət gedə bilməz. Bu ev Anar Tağıyevə yox, onun atasına aiddir".

Bildirilib ki, intihar etmiş gözətçi Ruslan Səmədov uzun illərdir o evdə yaşayaraq qarovulçuluq edib:

"Onun ailəsi ilə məişət zəminində problemləri olub və bu səbəbdən də intihar edib".

Ailə hesab edir ki, bunu A.Tağıyevin imarətində ölüm halı kimi təqdim etmək doğru deyil:

"Mərhum R.Səmədovun vəfatından istifadə edib məsələni siyasiləşdirmək düzgün yanaşma sayılmır”.

Qeyd edək ki, yayılmış xəbərdə intiharın icra başçısının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən imarətində qeydə alındığı deyilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO