Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin ilkin SİYAHISI TƏSDİQLƏNDİ 

Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin ilkin SİYAHISI TƏSDİQLƏNDİ 

Hazırda oxunan: Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin ilkin SİYAHISI TƏSDİQLƏNDİ 

203559

Xaricdə təhsilə dair Dövlət Proqramına 2024-2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub. 

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb. 

Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali məktəblərdə təhsil alacaq. 

Seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. 

Qeyd edək ki, 2024–2025-ci tədris ili üçün sənəd qəbulu Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” əsasında həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO