Ramazanın 22-ci gününün duası: İmsak və İftar vaxtı - FOTO

Hazırda oxunan: Ramazanın 22-ci gününün duası: İmsak və İftar vaxtı - FOTO

20099

Sabah Ramazan ayının 22-ci günüdür.

Bizim.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 5-də imsak vaxtı saat 03:53-də, iftar vaxtı isə 19:55-dədir.

Mayın 5-i üçün namaz vaxtları:

Sübh azanı 04:03

Zöhr azanı 12:37

Əsr azanı 17:35

Məğrib azanı 19:55

İşa azanı 21:06

22-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin!”

Tərcüməsi: “İlahi, bu ayda fəzilət qapılarını üzümə aç, mənə öz bərəkətlərini nazil et. Məni bu ayda sənin razılığına səbəb olacaq işlərə müvəffəq et, məni behiştin  ən gözəl guşələrində sakin et, Ey ehtiyac içində olanların dualarını müstəcab edən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin