Bakıda evlərə zərər vuran şirkətin söküntü işləri dayandırıldı – DİN  

Bakıda evlərə zərər vuran şirkətin söküntü işləri dayandırıldı – DİN  

Hazırda oxunan: Bakıda evlərə zərər vuran şirkətin söküntü işləri dayandırıldı – DİN  

200557

Bakının Yasamal rayonu B.Şahtaxtinski küçəsində yaşayış evlərinə tikinti şirkətlərindən biri tərəfindən zərər vurulması ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılır. 

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, iyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in 102 Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK tərəfindən evlərdə yaşayış olduğu halda evlərin sökülməsi barədə məlumat verib.

Məlumatla bağlı polis əməkdaşları həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər. 
Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb. 

Faktla bağlı prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO