Qubada avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - FOTO

Qubada avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Qubada avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - FOTO

199353

Quba Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları tərəfindən “Mersedes” markalı, 10-RS-201 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Mirabdulla Sadıqov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Sadıqovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO