Masallıda körpəsinə süd verən zaman əri anaya 16 bıçaq vurdu - Hadisənin TƏFƏRRÜATI

Masallıda körpəsinə süd verən zaman əri anaya 16 bıçaq vurdu - Hadisənin TƏFƏRRÜATI

Hazırda oxunan: Masallıda körpəsinə süd verən zaman əri anaya 16 bıçaq vurdu - Hadisənin TƏFƏRRÜATI

19812

Masallı rayonunda ər və arvadın bıçaqlanması hadisəsi ilə bağlı təfərrüat məlum olub.

Bizim.Media xəbər verir ki, rayonun Ərkivan qəsəbəsində baş verən hadisədə ər və arvad üçüncü bir şəxs tərəfindən bıçaqlanmayıb. Məlumata görə ər arvadını bıçaqladıqdan sonra özünə də xəsarətlər yetirib. İndi isə hadisəni başqa cür qələmə verməyə çalışırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda vəzifəli şəxslər müğənnini öldürdü - TƏFƏRRÜAT - FOTO


Bildirək ki, 36 yaşlı Əbilzadə Eşqin Qədir oğlu və 26 yaşlı həyat yoldaşı Əbilzadə Nərmin Şair qızının yaşadıqları evdə yaralı və huşsuz vəziyyətdə tapılması barədə məlumat yayılmışdı.

İlkin versiyaya görə ər və arvad naməlum şəxs tərəfindən bıçaqlanmışdı. Lakin aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Eşqin Əbilzadə həyat yoldaşına 16 bıçaq zərbəsi vurduqdan sonra özünə də 2 bıçaq zərbəsi vurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan hər iki şəxsin vəziyyəti hazırda normaldır. Nərmin Əbilzadə reanimasiyadan çıxarılıb.

Eşqin Əbilzadə üç uşaq anası olan həyat yoldaşının kürək, bel, boyun və qarın nahiyələrinə 16 bıçaq zərbəsi vurub.

Əldə etdiyimiz məlumata görə, 6 ildir ailə quran cütlük arasında dəfələrlə münaqişə baş verib. Hər dəfəsində də ailə üzvlərinin müdaxiləsi ilə tərəflər barışdırılıb.

Cütlüyün sonuncu övladı 3 aylıqdır. Eşqin Əbilzadə həyat yoldaşını körpə uşağına süd verən zaman bıçaqlayıb.

Hadisənin maraqlı tərəfi budur ki, 16 bıçaq zərbəsi vurulan Nərmin Əbilzadə təzyiqlərlə üzləşir.

Ondan ərinin əleyhinə ifadə verməmək tələb olunur. Nərmindən, "ərim özünü öldürmək istəyirdi. Mən araya girəndə, bıçaq mənə dəydi",- şəklində ifadə verməsi istənilir. Bu təzyiqi edənlər isə Eşqin Əbilzadənin yaxınlarıdır.

Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır. 16 bıçaq zərbəsinin özünü "öldürmək" istəyən şəxsə müdaxilə edən zaman dəyməsi əlbəttə ki, məntiqli deyil. (Yeni Müsavat)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO