Sərnişin təyyarəsində BOMBA HƏYƏCANI: Pilota HÜCUM EDİLDİ

Sərnişin təyyarəsində BOMBA HƏYƏCANI: Pilota HÜCUM EDİLDİ

Hazırda oxunan: Sərnişin təyyarəsində BOMBA HƏYƏCANI: Pilota HÜCUM EDİLDİ

196158

ABŞ-nin San-Fransisko şəhərindən Sinqapurun Çanqi şəhərinə uçan sərnişin təyyarəsində sərnişinlərdən biri əl yükündə bomba olduğunu iddia edib.

 

Sfera.az xəbər verir ki, 37 yaşlı sərnişin əl yükündə bomba olduğunu iddia edərək və kabin heyətinə hücum etməyə cəhd edib. 

 

Bu zaman döyüş təyyarələri sərnişin təyyarəsini müşayiət etməyə başlayıb.

 

Sinqapur polisi şübhəlinin zərərsizləşdirildiyini bildirib. 

 

Sinqapur Müdafiə Nazirliyi bomba təhdidinin əsassız olduğunu və hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. 

 

Nazirlikdən həmçinin bildirilib ki, şübhəli şəxs terrorçuluqda və narkotik vasitələrdən istifadədə şübhəli bilinərək saxlanılıb.(Manset.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO