SON DƏQİQƏ: “Zığ

SON DƏQİQƏ: “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda partlayış olub, 5 nəfər ölüb

Hazırda oxunan: SON DƏQİQƏ: “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda partlayış olub, 5 nəfər ölüb

195513

Bu gün saat 17:00 radələrində ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.

Bizim.Media xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib:

“Əraziyə FHN-nin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, AğayevTeyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.
ASCO rəhbərliyi və kollektivi həmkarlarımızın faciəvi ölümünə təəssüflənir və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO