Keçmiş məhkumda yeddi kiloqram narkotik AŞKARLANIB - FOTO

Keçmiş məhkumda yeddi kiloqram narkotik AŞKARLANIB - FOTO

Hazırda oxunan: Keçmiş məhkumda yeddi kiloqram narkotik AŞKARLANIB - FOTO

194776

Bakıda saxlanılan şəxsdə yeddi kiloqram marixuana aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü İlqar Rəcəbov saxlanılıb.
Onun üzərindən və sərnişini olduğu avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən yeddi kiloqram narkotik vasitə marixuana aşkarlanıb.

İ.Rəcəbov narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO