Xocalıda 24 ailəyə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO/VİDEO

Xocalıda 24 ailəyə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO/VİDEO

Hazırda oxunan: Xocalıda 24 ailəyə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO/VİDEO

194663

Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalıya çatan ailələrə yeni evlərinin açarları təqdim olunub. 

Bizim.Media xəbər verir ki, 24 ailə olmaqla, 88 nəfər Xocalı sakini doğma yurduna qovuşub. 

Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. 
Ailələr açarları sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar. 

*** 13:58

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə 24 ailədən ibarət 88 nəfər köçürülüb.

Bizim.Media xəbər verir ki, ailələr artıq Xocalı şəhərinə çatıb. 

Ailələri Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan respublikası prezidentinin xüsusi nümayəndəliyinin nəzdində Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin məsul şəxsləri qarşılayıblar. 

Ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyinə qarşı məlumatlar verilib, maarifləndirici bukletlər paylanılıb. 

Xocalı sakinlərinə doğma yurdlarına dönüş münasibətilə göz aydınlığı verilib evlərin açarları paylanılıb.

Qeyd edək ki, Xocalıya köçürülən ailələr Respublikanın müxtəlif ərazilərində yardımçı tikililər, və müxtəlif müəssisələrə məxsus olan binalarda məskunlaşan xocalılar olub. İndiyədək Xocalı şəhərinə 44 ailə, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.
 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO