Qazaxda çayların daşması ciddi fəsadlar yaratdı - FOTO

Qazaxda çayların daşması ciddi fəsadlar yaratdı - FOTO

Hazırda oxunan: Qazaxda çayların daşması ciddi fəsadlar yaratdı - FOTO

194155

Qazax rayonunda Coğazçay, Ağstafaçay və Xramçayın daşması nəticəsində ciddi fəsadlar yaranıb.

Bizim.Media xəbər verir ki, ölkəmizdə və qonşu ölkələrdə yağan güclü yağışlardan sonra Coğazçay və Xram çayları daşıb. Çoğazçay çayı üzərində yerləşən, Dəmirçilər kəndinə gedən yolun üzərində olan körpü qismən uçduğundan yol tamamilə bağlanıb.

Həmçinin Xramçay və Ağstafaçayın daşması nəticəsində vətəndaşlara məxsus obyektləri, park və sahələri su basıb.

Hazırda Milli Hidrometeorologiya Xidmətindən edilən xəbərdarlıq nəzərə alınaraq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.

Yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO