Şəhid Cavid Ələkbərov son mənzilə yola salındı – FOTO/VİDEO

Şəhid Cavid Ələkbərov son mənzilə yola salındı – FOTO/VİDEO

Hazırda oxunan: Şəhid Cavid Ələkbərov son mənzilə yola salındı – FOTO/VİDEO

193633

Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunmuş Cavid Fazil oğlu Ələkbərov bu gün Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Bizim.Media xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilən Ələkbərov Cavid Fazil oğlunun meyitinin qalıqları ailəsinə təhvil verilib.

Qeyd edək ki, əslən Qubadlı rayonunun Novlu kəndindən olan şəhidimiz ziyalı ailəsində doğulub və boya-başa çatıb. Cavid Ələkbərov 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub və itkin düşüb. Ondan bugünədək heç bir məlumat çıxmayıb. O, Gəncədəki Şəhidlər Xiyabanında naməlum şəhid adı ilə dəfn olunub.

 










Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO