Bakıda qadının 144 min manatını ələ keçirən 3 nəfər TUTULDU

Bakıda qadının 144 min manatını ələ keçirən 3 nəfər TUTULDU

Hazırda oxunan: Bakıda qadının 144 min manatını ələ keçirən 3 nəfər TUTULDU

193629

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cari ilin fevral-mart aylarında Yasamal rayonu ərazisində paytaxt sakini olan bir qadının 144 min manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ə.Ələsgərov, O.Əliyev və T.Paşayev müəyyən olunaraq saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, həmçinin Sumqayıt şəhərində bir nəfərin 500 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Mirzəyev, digər bir nəfərin isə 900 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən N.Qurbanzadə və F.Əmirov saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO