30 il sonra qalıqları tapılan şəhidimizlə vida mərasimi keçirilir – FOTO/VİDEO

30 il sonra qalıqları tapılan şəhidimizlə vida mərasimi keçirilir – FOTO/VİDEO

Hazırda oxunan: 30 il sonra qalıqları tapılan şəhidimizlə vida mərasimi keçirilir – FOTO/VİDEO

193620

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilən Ələkbərov Cavid Fazil oğlunun meyitlərinin qalıqları Sumqayıt şəhərinə gətirilib. Hazırda şəhidimizlə vida mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunmuş Cavid Fazil oğlu Ələkbərov bu gün Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, şəhidimiz 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə itkin düşüb və bu günədək ondan heç bir məlumat olmayıb. O, Gəncədəki Şəhidlər Xiyabanında naməlum şəhid adı ilə dəfn olunub.
Əslən Qubadlı rayonunun Növlu kəndindən olan şəhidimiz ziyalı ailəsində doğulub və boya başa çatıb.

 








Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO