Sabah Şəmkirdə qaz OLMAYACAQ 

Sabah Şəmkirdə qaz OLMAYACAQ 

Hazırda oxunan: Sabah Şəmkirdə qaz OLMAYACAQ 

193525

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli kəmərlərin birləşdirilməsi ilə bağlı 23.05.2024-cü il tarixində saat 10:00-dan 25.05.2024-cü il tarixində (3 gün müddətində) işlər başa çatanadək “Şəmkir-1Əhali”, “Şəmkir-2 Sənaye”, “Çinarlı əhali”, “Çinarlı Sənaye”, “Əliyaqublu 1 və 2” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Bizim.Media-ya “Azəriqaz” İB-dən bildirilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Şəmkir rayon mərkəzi daxil olmaqla, rayonun 2 qəsəbə və 14 kəndinin qaz təchizatında 3 gün müddətində müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO