Zaqatalada Muxaxçay daşıb, magistralda problem yaranıb - FOTO       

Zaqatalada Muxaxçay daşıb, magistralda problem yaranıb - FOTO       

Hazırda oxunan: Zaqatalada Muxaxçay daşıb, magistralda problem yaranıb - FOTO       

192443

Qeyri-sabit hava şəraiti ilə bağlı  ötən axşam Zaqatalanın dağlıq ərazilərinə güclü leysan yağıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə rayon ərazisindən axan Muxaxçay və Tala çaylarında suyun səviyyəsi bir neçə dəfə arıb, daşqınlar əmələ gəlib. 

Rayonunun Bəhmətli kəndində fərdi təsərrüfatları, fındıq bağlarını sel suları bərbad vəziyyətə salıb. Muxaxçayın daşması ilk növbədə bölgənin əsas arteriyası sayılan Yevlax- Zaqatala-Gürcüstan magistralının Bəhmətli kəndindən keçən hissəsində problemlər yaradıb.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, sel daşqınları rayonun Höytala və Yolayrıc kəndlərində subasma təhlükəsi yaradıb. Bəhmətli kəndində sakinlərin evlərinin zirzəmilərinə və təsərrüfat sahələrinə su dolub.

Fəsadların aradan qaldırılması məqsədi ilə əraziyə zaqatala Suvarma Sistemləri idarəsinin maşın və texnikaları cəlb edilib. Bir neçə saatlıq təmizləmə işlərindən sonra  Yevlax-Zaqatala-Gürcüstan magistralında təmizləmə işləri başa çatdırılıb və nəqliyyatın hərəkəti qismən təmin edilib. 

Eyni zamanda idarənin digər texnikaları Muxaxçayda selin qarşısını almaq üçün Çobankol kəndi ərazisində sahilbərkitmə və çay məcrasının dərinləşdirilməsinə cəlb edilib.  

Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, fəsadların aradan qaldırılması istiqamətində işlər gün boyu davam etdiriləcək.














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO