Qəbələdə avtomobil ağaca çırpıldı - 2 nəfər xəsarət aldı - FOTO

Qəbələdə avtomobil ağaca çırpıldı - 2 nəfər xəsarət aldı - FOTO

Hazırda oxunan: Qəbələdə avtomobil ağaca çırpıldı - 2 nəfər xəsarət aldı - FOTO

190842

Qəbələdə rayonunun Nohurqışlaq kəndi ərazisində minik avtomobili sürüşərək yolun kənarındakı ağaca çırpılıb. 

Bizim.Media-nın yerli bürosu hadisə şahidlərinə istinadən xəbər verir ki, Qəbələ şəhər istiqamətində hərəkət edən "Hyundai" markalı minik avtomobili sürət həddini keçdiyindən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. 

Yaxınlıqdakı insanların köməyi ilə sürücü və yanındakı sərnişin avtomobildən çıxarılıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardın briqadası qəzaya düşənlərə ilkin tibbi yardım göstərib. 
Daha sonra hər iki şəxs Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda pasiyentlər müayinə edilir. 

Həkimlər hər iki şəxsin vəziyyətinin orta-ağır olduğunu bildirib.    

Faktla bağlı araşdırma aparılır. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO