Daxili İşlər Nazirliyi (DİN) aprelin 23-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 48 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:29 / 24.04.2021
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 60 nəfər tutuldu
Hazırda oxunan: Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 60 nəfər tutuldu
Hazırda oxunan: Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 60 nəfər tutuldu
18934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.