Yas keçirən şəxs cərimələndi - FOTO

Yas keçirən şəxs cərimələndi - FOTO

Hazırda oxunan: Yas keçirən şəxs cərimələndi - FOTO

18878

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət–profilaktik tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər zamanı Biləsuvar şəhəri ərazisində yas mərasiminin təşkil edilməsi müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Balakəndə yas keçirmək istədilər, polis mane oldu — FOTO


RPŞ əməkdaşları dərhal həmin ünvana gəlib, karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb.

Yas mərasimini təşkil edən rayon sakini Ş.Abbaszadə barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO