Bakıda işçi mühafizə etdiyi idman zalının kassasını taladı – FOTO/VİDEO 

Hazırda oxunan: Bakıda işçi mühafizə etdiyi idman zalının kassasını taladı – FOTO/VİDEO 

188612

Bakının Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib. 

Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. 
Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib. 

E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO