Ödənişli yoldakı qəzanın TƏFƏRRÜATI – FOTO/VİDEO  

Hazırda oxunan: Ödənişli yoldakı qəzanın TƏFƏRRÜATI – FOTO/VİDEO  

188507

Ödənişli Bakı-Quba-Rusiya sərhədi yolunun Xaçmazdan keçən hissəsində baş verən qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma başlanıb. 

Bizim.Media xəbər verir ki, qəzanın Göyçay rayon sakini, 52 yaşlı Humay Xəlilovanın idarə etdiyi "KİA"markalı avtomobilin idarəetməni itirməsi səbəbindən ağaca çırpılması nəticəsində baş verdiyi bildirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ödənişli yolda baş verən qəzada yaralıların sayı 6-ya çatıb, 4-ü Rusiya vətəndaşıdır


Nəticədə qadın sürücü, Göyçay rayon sakini, 31 yaşlı Gülnar Məmmədova və bir ailənin 4 üzvü olmaqla, Rusiya vətəndaşları – Aleksey və Yelena Makiyevlər və 17 yaşlı Mark Denis və 23 yaşlı Milena Denis müxtəlif xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlar ilk tibbi yardımdan sonra öz xahişləri ilə Bakıya göndəriliblər. Vəziyyətləri orta ağır olub. 
 





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO