Oğuza dolu düşüb – FOTO  

Hazırda oxunan: Oğuza dolu düşüb – FOTO  

188423

Oğuz rayonunun bir sıra yaşayış məntəqələrində yağışla müşahidə olunan dolu yağıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yarım saat ərzində davam edən təbiət hadisəsi nəticəsində rayonun Xaçmaz və Filfilli kəndlərində, əsasən fərdi təsərrüfatlardakı bostan-tərəvəz əkinlərinə, eləcə də yeni çiçəkləyən meyvə ağaclarına ciddi zərər dəyib. 

Kənd sakinlərinin sözlərinə görə, dolu 15-20 dəqiqə davam edib, daha sonra yağışa çevrilib.

Bu müddətdə bir qədər külək də əsib və ağacların çiçəklərini və yarpaqlarını yerə töküb. Dolu ilə müşahidə olunan təbiət hadisəsi nəticəsində fərdi mənzillərə, eləcə də nəqliyyat vasitələrinə ciddi zərər dəyməyib. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO