
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 22.04.2024
Polis Qazaxda əməliyyat keçirdi - Bir nəfər HƏBS EDİLDİ - FOTO
Hazırda oxunan: Polis Qazaxda əməliyyat keçirdi - Bir nəfər HƏBS EDİLDİ - FOTO
188306
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Nemət Əliyev saxlanılıb. Ondan 1 kq 630 qram heroin və metadon həbi aşkar edilib.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, N.Əliyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib.
Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.
Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































