Rusiyada azərbaycanlı iş adamı öldürülüb - VİDEO

Hazırda oxunan: Rusiyada azərbaycanlı iş adamı öldürülüb - VİDEO

188096

Moskva ətrafında yerləşən Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Görüntülərdən iş adamının avtomobil parklanma yerində güllələndiyi aydın olub. Parklanma iş adamına məxsus “Yunis” adlı mağazanın yaxınlığında yerləşir.

Parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb. Hadisə iş adamının həyat yoldaşının gözü qarşısında baş verib.

Bundan əvvəl də onun ölümlə təhdid edildiyi bildirilir.
 

Bizim,Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO