ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib

Hazırda oxunan: ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib

188046

Fəaliyyəti dayanmış ANS televiziyasında aparıcısı işləmiş Rəşad Abbasov Təhsil TV-nin baş redaktoru vəzifəsinə təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə onun ozü bildirib.

R.Abbas buna qədər İnter.az televiziyasında da çalışıb.

Təhsil TV 2015-ci ildən Elm və Təhsil Nazirliyinin bir layihəsi kimi fəaliyyətə başlayıb. 2021-ci ildə isə Azərbaycan Respublikası Təhsil İnstitutunun təsisçiliyi ilə “TƏHSİL TV” MMC dövlət qeydiyyatına alınıb. Bu dövr ərzində yüzlərlə materiallar hazırlanaraq Təhsil Nazirliyinin, eləcə də Təhhsil TV-nin rəsmi saytlarında və sosial şəbəkə hesablarında təqdim olunub.
Azərbaycan Respublikası Audiovizual Şurasının 20 dekabr 2022-ci il tarixli qərarı ilə TƏHSİL TV kanalına peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO