Zahid Orucdan “Tərtər işi” ilə bağlı hüquq-mühafizə orqanlarına İSMARIC: “Bunu edə bilməzdinizmi?”

Hazırda oxunan: Zahid Orucdan “Tərtər işi” ilə bağlı hüquq-mühafizə orqanlarına İSMARIC: “Bunu edə bilməzdinizmi?”

18800

“4 günlük aprel müharibəsində qələbəmizdən sonra orduya qarşı qurulan qəsd planı, övladlarını itirən və onlara qarşı işgəncə faktı məhkəmə qərarı ilə təsdiq olunan, lakin dövlətdən üz döndərməyən, buna görə hər cür ehtirama layiq olan analara hərbi strukturlar, eləcə də hərbi prokurorluq və məhkəmə orqanları həm özləri, həm də cəmiyyətdə nüfuzlu insanlar vasitəsilə məlum linç kampaniyasını durdurmaq üçün tədbirlər görə bilməzdilərmi? Gərək, mütləq ölkə rəhbəri tapşırıq versin?”.

Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında  deputat Zahid Oruc deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Tərtər işi”nin İZİ İLƏ – ÖZƏL ARAŞDIRMA


Bildirib ki, müavinətləri kəsilən on minlərlə insanın, kredit ala bilməyən sahibkarın və yaxud, haqsız hökm-qərarla üzləşən vətəndaşın qarşısına çıxmamaq da ciddi fəsadlar törədir:

“Müasir kommunikasiya vasitələri tamam yeni idarəçilik tələbləri ortaya qoyur. Bizə kənardan mövzu, gündəlik, siyasət və rəy diqtə edənlərin qarşısına yalnız xalqla daimi kommunikasiya ilə çıxmaq olar. Dövlət nə qədər işlər görsə də təbliğat və təqdimatlar cəmi bir günə yetir. Axı ictimai rəy təkcə rəsmi vasitələrə formalaşmır. Hər gün insanların qəlbi və ruhu uğrunda əsl “səlib yürüşü” gedir. Ona görə də hamımız qəbul etməliyik-hakimiyyət xalqla kommunikasiya, ünsiyyət, dialoq deməkdir!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO