Bu marketdə vaxtı keçən yumurta və kolbasalar satıldı - FOTOFAKT  

Hazırda oxunan: Bu marketdə vaxtı keçən yumurta və kolbasalar satıldı - FOTOFAKT  

18796

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonu, Şürük kəndində yerləşən, Vahabov Səlim Fazil oğluna məxsus “Şürük” marketdə yoxlama keçirib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı marketdə istifadə müddəti bitmiş kolbasa, yumurta, duz məhsulu aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO