Azərbaycanın Milli Qəhrəmanı İNFARKT KEÇİRİB 

Hazırda oxunan: Azərbaycanın Milli Qəhrəmanı İNFARKT KEÇİRİB 

187814

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. 

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, bu barədə hazırda İsveçdə yaşayan Milli Qəhrəmanın yaxınları bildiriblər. 

“Şahin Tağıyev 3 gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib”, - ailə üzvləri Milli Qəhrəman haqqqında danışarkən deyiblər. 

Qeyd edilib ki, hazırda onun vəziyyəti stabildir və xəstəxanada müalicə alır. 
“İlk gün isə vəziyyəti kritik ağır idi. Allaha şükür ki, həyatdadır və ümid edirik ki, o, yaxın günlərdə tamamilə sağalıb öz evinə dönəcək”. 

Qeyd edək ki, Şahin Tağıyev hazırda həyatda olan 16 Milli Qəhrəmandan biridir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO