Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ

Hazırda oxunan: Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ

187768

Türkiyə-Azərbaycan Universitetinin tədris binası seçilmək üzrədir. Yaxın günlərdə Türkiyə heyətinin Azərbaycana gəlməsi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. 

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan Universitetinin təhsil proqramı və partnyorları məlumdur.
“Müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti və Hacettepe Universitetindən seçiləcək. Onlar Azərbaycana mütəmadi gələcəklər. May ayında universitetlə bağlı daha ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO