Salyanda faciəvi şəkildə ölən musiqiçinin FOTOSU

Salyanda faciəvi şəkildə ölən musiqiçinin FOTOSU

Hazırda oxunan: Salyanda faciəvi şəkildə ölən musiqiçinin FOTOSU

187278

Aprelin 12-də Salyanda gənc musiqiçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xatırladır ki, Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kəndindən keçən hissəsində minik avtomobili həmin kəndin sakini olan 1993-cü il təvəllüdlü Qurbanov Cavad Mehdi oğlunu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

Yaxınlarının bildirdiyinə görə, C.Qurbanov yol kənarında dayanarkən həmin avtomobil onu vurub. Hazırda faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Qeyd edək ki, 31 yaşlı Cavad Salyanda fəaliyyət göstərən musiqi ansamblında nağaraçı kimi fəaliyyət göstərirmiş.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO