Ağdamda selin yaratdığı fəsadlar – FOTO/YENİLƏNİB 

Hazırda oxunan: Ağdamda selin yaratdığı fəsadlar – FOTO/YENİLƏNİB 

186822

Qarabağ bölgəsində, xüsusilə Ağdam və ətraf rayonlarda şimşək çaxıb, ara bir leysan xarakterli yağış yağıb. Yağıntılı hava şəraiti dağlıq və dağətəyi ərazilərdə intensiv və güclü şəkildə müşahidə olunub.

Leysan yağışlar nəticəsində çaylarda sel təhlükəsi yaranıb. Hazırda Qarqarçay çayının Ağdam rayon ərazisindən keçən hissəsindən sel keçir. 

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, gecə saatlarından başlayan sel çay yatağı güzərgahında yerləşən əkin və otlaq sahələrini basıb. 

Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yaxınlıqda yerləşən yaşayış evlərinə və qəbiristanlıq ərazisinə ziyan dəyməyib.

*** 12:58

Qarqarçaydan sel keçməsi nəticəsində Ağdam rayonun Əfətli kəndi ərazisində otlaq və əkin sahələrini su basıb.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, selin fəsadlarını aradan qaldırmaq üçün hadisə yerinə texnikalar cəlb olunub.

Hələlik təsərrüfatlara dəyən zərərin dəqiq miqdarı məlum deyil.

Qeyd edək ki, hər il yaz aylarında Qarqarçayda bənzər daşqınlar baş verir.






Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO