
- A-
- A
- A+
Kəlbəcərdəki ağır qəza ilə bağlı YENİ TƏFƏRRÜAT - VİDEO
Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meytini sel sularının apardığı ehtimal edilir.
MÖVZU İLƏ BAĞLI:
Kəlbəcərdə yük maşını çaya aşdı – ÖLƏNLƏR VAR – VİDEO
Onun axtarışlarına başlanılıb.
Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində "HOVO" markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov həlak olublar.
Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmışlar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































