Zərdabda ağır QƏZA - Ölən var 

Zərdabda ağır QƏZA - Ölən var 

Hazırda oxunan: Zərdabda ağır QƏZA - Ölən var 

186242

Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Baş verən ağır qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11 radələrində Zərdab-Kürdəmir yolunun Zərdab rayonunun Qaravəlli kəndi ərazisindən keçən hissəsində Ağcəbədi rayon sakini Kərim Hüseynovun idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsilə Zərdab rayon sakini E.Eyyubovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi toqquşub. 

Hadisə nəticəsində “VAZ”ın sürücüsü E.Eyyubov ölüb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO