Zaqatalada 2 gənc tövlədən yıxıldıqları üçün xəstəxanaya gəldilər, məlum oldu ki…

Zaqatalada 2 gənc tövlədən yıxıldıqları üçün xəstəxanaya gəldilər, məlum oldu ki…

Hazırda oxunan: Zaqatalada 2 gənc tövlədən yıxıldıqları üçün xəstəxanaya gəldilər, məlum oldu ki…

186019

Axşam saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif bədən xəsarətləri alan iki gənc müraciət edib.

Bizim.Media-nın yerli bürosu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, rayonun Bəhmətli kənd sakinləri 18 yaşlı Elvin Orucov və 16 yaşlı Yusif Zamanlı bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Xəstəxanaya müraciət ediblər.

Pasiyentlər həkimlərə mal tövləsindən yıxılaraq xəsarət aldıqlarını bildirsə də müayinələr daha ciddi xəsarətdən xəbər verirdi. Belə ki, həkim müayinəsindən sonra gənclərin daha ciddi hadisə nəticəsində xəsarət almaları məlum olub.
Müvafiq araşdırma və təhqiqatlardan sonra belə qənaətə gəlinib ki, hər iki gənci maşın vurub.

Gənclərin xəsarətləri ağır olduğundan onlar xəstəxananın cərrahiyyə şöbəsinə köçürülüb və müalicələri orada davam etdirilir.

Hadisənin təfərrüatları Rayon Polis şöbəsində araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO