Bakı-Qazax yolunda ağır QƏZA: Xəsarət alanlar var – FOTO  

Bakı-Qazax yolunda ağır QƏZA: Xəsarət alanlar var – FOTO  

Hazırda oxunan: Bakı-Qazax yolunda ağır QƏZA: Xəsarət alanlar var – FOTO  

185778

Kürdəmirdə ağır yol qəzası baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 165-ci km-də rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Kia” markalı minik maşınının sürücüsü Bakı sakini 1976-ci il təvəllüdlü Quliyev Yasin Əli oğlu Gəncə istiqamətində hərəkətdə olarkən 1991-ci il təvəllüdlü Lerik rayon sakini Suvarov İlkin Elsevən oğlunun idarə etdiyi “Mercedes” markalı maşın arxadan ona çırpılıb. 
Nəticədə “Mercedes”in sürücüsü Suvarov İlkin və “Kia” markalı maşında olan qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır. 










Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO