TƏBİB Xalq artistinin səhhəti ilə bağlı məlumat yaydı

Hazırda oxunan: TƏBİB Xalq artistinin səhhəti ilə bağlı məlumat yaydı

185720

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, TƏBİB-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti ilə əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində müalicəyə cəlb olunması təklif edilib.

Hazırda Naibə Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinə qəbul olunub, ona zəruri həkim baxışı və müayinələr təyin olunub.

Sağlamlıq vəziyyətinə uyğun olaraq ambulator və ya stasionar müalicəyə cəlb ediləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO