Oğuzda avtomobillə motosiklet toqquşub, xəsarət alan var - FOTO

Oğuzda avtomobillə motosiklet toqquşub, xəsarət alan var - FOTO

Hazırda oxunan: Oğuzda avtomobillə motosiklet toqquşub, xəsarət alan var - FOTO

185702

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Calut kəndi ərazisində keçən hissəsindəki yol ayrıcında motosikletlə “Opel” markalı avtomobil toqquşub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuz sakini Abid Salayevin idarə etdiyi “Opel” markalı avtomobillə Bakı şəhəri Pirallahı rayon sakini, Qədir Verdiyevin idarə etdiyi motosiklet toqquşub.

Qəzaaya səbəb motosiklet sürücüsünün yol hərəkət qaydalarına riayət etməməsi, yol ayrıcında hərəkətdə olan digər nəqliyyat vasitəsini gözləməməsi olub.

Nəticədə motosikletin sürücüsü Qədir Verdiyev müxtəlif dərəcəli bədən xəısarətləri alaraq, Təcili Tibbi Yardım briqadasının köməyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir və müalicəsi davam etdirilir.

Yol-nəqliyyat hadisəsinin  başvermə səbəbi rayon polis şöbəsində araşdırılır. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO