Goranboyda məktəbdə İNSİDENT - Şagirdlər bir-birinə xəsarət yetirdi 

Hazırda oxunan: Goranboyda məktəbdə İNSİDENT - Şagirdlər bir-birinə xəsarət yetirdi 

185469

Aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaranıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər. 

"Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO