Qadınlar süd vəzisi problemi ilə bağlı xəstəxanaya getməkdən niyə çəkinirlər? - FOTO/VİDEO 

Hazırda oxunan: Qadınlar süd vəzisi problemi ilə bağlı xəstəxanaya getməkdən niyə çəkinirlər? - FOTO/VİDEO 

185275

Qusar rayon mərkəzi xəstəxanasında qadınlar üçün aksiya təşkil edilib.

Bu barədə Bizim.Media-ya TƏBİB-in Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Kamil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, regionlarda olan xəstəliklərin hamısının vaxtında aşkarlanması ,vaxtında müalicəyə cəlb olunması TƏBİB-in əsas məqsədlərindən biridir:

“Süd vəzinin müayinəsi qadınların milli dəyərlərimizə görə gec, bəzən isə heç vaxt müraciət etmədiyi sahələrdəndir. Ona görə də biz TƏBİB-lə razılaşıb qərara aldıq ki, Bakıdan peşəkar onkoloq mütəxəssisləri Qusara dəvət edək. Aksiyanı təşkil elədik. Bu aksiya davamlı olacaq”. 

Onkoloq-mamaloq Kəmalə Əliyeva Bizim.Media-ya açıqlamasında maraqlı bir məsələyə toxunub. Onun sözlərinə görə, Azərbaycanda sırf süd vəzi mütəxəssisi yoxdur, bu sahə onkologiyanın tərkibindədir, bu sahə ilə onkoloqlar məşğul olur:

"Çox təəssüf ki, Azərbaycanda sırf süd vəzi mütəxəssisi yoxdur. Xaricdə Almaniyada senoloq, Türkiyədə məmə cərrahı sahələri var ki, bizdə bunlar yoxdur. Bu səbəbdən xanımlar “aman, xərçəng olaram, şiş olar”, deyib, onkologiyaya getmək qorxusundan müraciət etmirlər".

Həkim qeyd edib ki, 25-30 yaş aralığında olan xanımlar ildə bir dəfə ultrasəs müayinəsindən keçməlidirlər. Yaşı 40-dan yuxarı olan qadınlar 2 ildən bir mamoqrafiya müayinəsinə gəlməlidirlər.

Qeyd edək ki, aksiya zamanı Qusar Rayon Mərkəzi Xəstəxanasında ümumilikdə 150-yə yaxın qadın süd vəzi müayinəsinə cəlb edilib. 
 





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO